Zaqatalada yeni evlərin tikintisinə başlanılır
Zaqatalada yeni evlərin tikintisinə başlanılır
Bərpa işlərini həyata keçirmək üçün isə FHN
tərəfindən əraziyə bir neçə tikinti şirkəti cəlb edilib

Zaqatalada zəlzələ zamanı ciddi ziyan dəyən və yaşayış üçün tam qəzalı vəziyyətə düşən tikililərin sökülməsinə başlanılıb. Rayonda qeydə alınan yeraltı təkanların episentrində yerləşən Gözbarax kənd sakini Allahverdi Musayevə məxsus bu evdə zəlzələ zamanı yaşayış üçün qəzalı vəziyyətə düşdüyündən mütəxəssislər tikilinin sökülməsinə qərar verib.
Hazırda isə rayonun bir neçə kəndində tikinti işlərinin birinci hissəsi ərazilərin təmizlənməsi prossesi həyata keçirilir. Ərazidə fəaliyyət göstərən tikinti şirkətlərindən birinin nüməyəndəsindən adlığımız məlumata görə, söküntü işləri tam başa çatdıqdan sonra torpaqdan nümunələr götürüləcək.
Yaxın günlərdə isə sökülən tikililərin yerində yeni evlərin tikintisinə başlanılacaq. Bərpa işlərini həyata keçirmək üçün isə FHN tərəfindən əraziyə bir neçə tikinti şirkəti cəlb edilib. Qeyd edək ki , zəlzələ zamanı rayon ərazisində təkcə yaşayış evlərinə deyil, eyni zamanda sosial tikililərə də ziyan dəyib. Bəzi məktəb binaları qəzalı vəziyyətdə olduğundan, burda dərslərin keçirilməsi dayandırılıb. Zaqatala rayon təhsil şöbəsindən verilən məlumata görə, yeraltı təkanlardan ziyan çəkən 47 məktəbdən 13 məktəb binası yenisi ilə əvəz olunacaq.
Rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun dediyine görə, bu məktəblərin yeni tədris ilində, yəni 15 sentyabrda tam təhvil verilməsi nəzərdə tutulub. Digər qəzalı məktəblər var ki, onlarda təmir- bərpa işləri aparılmalıdır. Həmin məktəblərdə FHN tərəfindən-- onların tikinti şirkətləri tərəfindən bərpa gücləndirmə işləri aparılacaq. Gözbaraxla yanaşı, zəlzələdən ziyan çəkən digər kəndlərdə də işlərə başlanılıb. Evləri qəzalı vəziyyətə düşən sakinlər isə onlar üçün ayrılmış çadırlarda məskunlaşıb.