Erməni general-mayor Qriqori Xaçaturov arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının yürüşünün iştirakçılarına qoşulub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Xatırladaq ki, mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib. 

Gülayə Mecid