Rusiya qoşunları Nikolayevə endirdiyi zərbə nəticəsində 14 əcnəbi muzdlu əsgəri məhv edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Nikolayev üzrə koordinator Sergey Lebedev məlumat verib.

Onun sözlərinə görə, muzdlular Riviera və Helen otellərində yaşayıblar.

“Səkkiz yaralı Namıv mikrorayonunda yerləşən xəstəxanaya gətirilib. Onlar ayrıca saxlanılır, ikisinin vəziyyəti ağır, altısının vəziyyəti stabildir”, - deyə o bildirib.