Türkiyənin Adıyaman şəhərində polis bölməsində baş verən atışma zamanı 8 polis əməkdaşı yaralanıb. 

"Unikal" xəbər verir ki, atəş açan şəxslə zərərçəkənlər arasında mübahisə yaşanıb.

***00:06

Türkiyənin  Adıyaman şəhərində bir polis nəfəri polis bölməsində atəş açıb.

"Unikal" Türkiyə nətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində baş nəzarətçi Kamuran Ü. və ekipaj rəisi Gökhan Ö. şəhid olub.

Hadisəni törədən polis əməkdaşı zərərsizləşdirilərək nəzarətə götürülüb. İnsidentin motivləri araşdırılır.