"Sarı jiletlilər" hərəkatının iştirakçıları Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriblər.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, hərəkat iştirakçıları bayraqlar və nəhəng pankartlarla "Makron həbsə!", - deyə şüarlar səsləndirirlər.

Onların hamısı Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasətə qarşı çıxır.

Məlumata görə, “sarı jiletlilər” xüsusilə beynəlxalq bankirlərin bütün dünya hökumətlərini öz nəzarəti altında saxlayan fırıldaqlarından narazılıqlarını bildirirlər.